Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı aprelin 23-25-də Türkiyədə (Əskişəhər) keçiriləcək beynəlxalq festivalda iştirak edəcək. SİA-nın məlumatına görə, festival Əskişəhərin 2013-cü ildə "Türk dünyası mədəniyyət paytaxtı" elan olunması münasibətilə keçirilir. Kollektiv sənət bayramında Rəhman Əlizadənin "Sehrli mücrü" tamaşasını nümayiş etdirəcək.
UNESCO-nun təşkilatçılığı ilə keçiriləcək festivalda Türkiyə və Azərbaycanla yanaşı, Qazaxıstan, Özbəkistan, Tatarıstan, Çin, İndoneziya, Misir və Yunanıstandan olan teatr nümayəndələrinin də iştirakı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB