Vokalçı Ramil Qasımov ziyalılarla görüşüb FOTO

Vokalçı Ramil Qasımov ziyalılarla görüşüb FOTO

Dünya şöhrətli musiqiçi maestro Niyazinin ev muzeyində vokalçı Ramil Qasımovun ziyalılarla görüşü təşkil olunub. SİA-nın məlumatına görə, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində tədbiri muzeyin direktor müavini Qurbanova Təranə giriş sözü ilə açıb. Muzeyin direktoru Əməkdar İncəsənət İşçisi, sənətkarşünaslıq namizədi Alla Bayramova klassik silsiləli gecələrin keçirilməsinə şad olduğunu bildirib.

Tədbirin əvvəlində böyük Niyazinin "Arzu" romansını ifa edən R. Qasımov alqışlarla qarşılanıb. Qasımov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinə və incəsənətinə diqqət və qayğısı daim əvəzolunmaz olub. O daim böyük maestro Niyazini daim diqqətində saxlayıb.

R. Qasımov Ə.Bədəlbəylinin "Nizami" operasından Nizaminin ariyası, M.Maqamayevin "Nərgiz" operasından Əlyarın ariyasını, həmçinin unudulmuş xalq mahnılarını gənc pianoçu Tural Qasımlının müşayətiylə ifa edib. Həmçinin, Əməkdar İncəsənət Xadimi Rəşid Şəfəq də gecədə ana haqqında yeni əsərini R. Qasımovun ifasında təqdim edib.

Sonda R. Qasımov tamaşaçılara "Azərbaycanım" adlı CD toplusunu təqdim edib. Muzey rəhbərliyi Heydər Əliyev fondunun dəstəyiylə çap olunmuş dünya şöhrətli bəstəkar Qara Qarayevin kitabını R. Qasımova hədiyyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə