Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin elektron kitabxanasında ali və orta ixtisas məktəb tələbələri üçün Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş əsərlərlə tanışlıq xarakteri daşıyan tədbir təşkil olunub. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Heydər Əliyev İrsi Araşdırma Mərkəzi Lənkəran bürosunun rəhbəri Sevinc Hüseynova tələbə gənclərə elektron kitabxanada bu nəhəng siyasətçi haqqında bədii əsərlər, elmi məqalələr, oçerklər, tədqiqat əsərləri və siyasi oponentlərin onun barəsində fikirlərini əks etdirən kitabların, rəylərin, sənədli foto-albomların və sair materialların yer aldığını söyləyib. Sonra o "Müstəqilliyimiz əbədidir", "Heydər Əliyev və Mədəniyyət", "Sabaha doğru", "Azərbaycan 1995", "Heydər Əliyev və Azərbaycan", "XXI-ci əsrə sülh körpüsü", "Dünyanı heyran qoyan insan", "Həqiqət", "İstiqlala gedən yol", və sair əsərlər barədə gənclərə geniş məlumat verilib.
Sonda iştirakçılar üçün Ulu Öndərin içtimai-siyasi fəaliyyətini canlandıran memorial muzeyə ekskursiya təşkil olunub.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB