“Böyük şəxsiyyət, əbədi lider”

“Böyük şəxsiyyət, əbədi lider”

Bu gün M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Böyük şəxsiyyət, əbədi lider" adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, Filarmoniyada Səbail rayonunda yerləşən mədəniyyət müəssisələrinin, musiqi məktəblərinin, mədəniyyət evlərinin konsert proqramı nümayiş olunub.

Konsert proqramında T. Quliyev adına 12 saylı uşaq musiqi məktəbinin şagirdi, prezident təqaüdçüsü Vaqif Nağıyevin ifasında M. Maqomayevin "Azərbaycan", R. Behbudov adına 2 saylı uşaq musiqi məktəbinin şagirdi, prezident təqaüdçüsü Əli Məlikovun ifasında F. Əmirovun "1001 gecə" baletindən rəqs tədbir iştirakçılarına təqdim olunub.

Tədbirdə həmçinin gənc vokalçı Ramil Qasımovun ifasında R. Mirişlinin "Yanar ürək" mahnısı və xalq artisti Samir Cəfərovun oxuduğu xalq mahnısı "Küçələrə su səpmişəm" iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

Məlumat üçün bildirək ki, filarmoniyanın foyesində Səbail rayon mərkəzləşdirilmiş kitabxana sisteminin hazırladığı sərgi nümayiş olunub.

Qeyd edək ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi və Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə