Fərid Məmmədovun Avropa üzrə promo-turuna start verilib

Fərid Məmmədovun Avropa üzrə promo-turuna start verilib

"Eurovision- 2013" mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək Fərid Məmmədovun Avropa ölkələri üzrə promo turuna start verilib. SİA-nın məlumatına görə, təmsilçimizin ilk çıxış etdiyi ölkə İtaliya olub. Fərid Roma şəhərində təşkil olunan "Azərbaycan 2010 – Gənclərin baxışı"- xaricdə təhsil alan tələbə və məzunların Beynəlxalq Forumunun açılış mərasimində çıxış edib. Boş vaxtlarında isə Fərid şəhəri gəzərək onu sevənlərin, dostlarının sosial şəbəkələr vasitəsilə tanış ola biləcəyi maraqlı fotolar çəkdirib.

"Roma mənim üçün möcüzəli şəhərdir. Burada olmaq böyük arzum idi və nə yaxşı ki, Avroviziya sayəsində bu arzum gerçəkləşdi. Amma rahatlaşmaq olmaz. Mən tam gücümü məşqlərə yönəltmək əzmindəyəm",- deyə F. Məmmədov bildirib.

Promo-tur çərçivəsində növbəti ölkənin Yunanıstan – Afina olacağı planlaşdırılır. Aprelin 7-də Fərid "Noiz" klubunda təşkil olunacaq "Eurovision" gecəsində çıxış edəcək. Burada həmçinin müsabiqəyə həsr edilən məhşur "OİKOTİMES" saytının 12 illiyi də qeyd ediləcək.

Romadan fərqli olaraq Afinanı gəzmək üçün Fəridin elə də çox vaxtı olmayacaq. Belə ki, müğənninin Star Channel, ANT1 TV, MAD TV, ERT, FTHIS.GR, oikotimes.com, star.gr, avmag.gr və Showtime Cyprus kimi KİV nümayəndəlikləri ilə müsahibələri planlaşdırılıb.

Fəridin Afinada yarışmada ifa edəcəyi "Hold Me" mahnısını təqdim edəcək və bu çıxışı aprelin 7-də Alpha kanalının aşağıdakı ünvanı vasitəsilə izləmək olar: http://www.alphatv.gr/Microsites/MesStinKaliHara/Home.aspx

Qeyd edək ki, Fəridin daha bir neçə Avropa ölkəsinə səfər edəcəyi planlaşdırılır. Xatırladaq ki, "Eurovision-2013" təmsilşimiz olan Fərid Məmmədov mayın16-da ikinci yarımfinalda dörd nömrə altında çıxış edəcək.

Fərid Məmmədov haqqındakı son məlumatları bu ünvanlardan əldə edə bilərsiz:

facebook.com/faridmammadov.esc

twitter.com/Farid_ESC

youtube.com/user/FaridMammadovESC

instagram.com/farid_esc

http://farid.eurovisiontalents.com/

Bütün xəbərlər Facebook səhifəmizdə