Təmsilçimizin xoreoqrafı məlum oldu

Təmsilçimizin xoreoqrafı məlum oldu

"Eurovision-2013" mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Fərid Məmmədovun xoreoqrafı məlum olub. SİA-nın məlumatına görə, ifaçı məşhur səhnə rejissoru Fokas Evangelinos ilə işləyəcək.

Qeyd edək ki, F. Evangelinos 2008-də Ukrayna (Ani Lorak) və Rusiya (Dima Bilan), 2005-ci ildə Yunanıstan (Helena Paparizou), 2003 və 2009-cu illərdə Yunanıstan (Sakis Rouvas), 2007-ci ildə isə Belarusun (Dimitry Koldun) səhnə xoreoqrafiyasını öz üzərinə götürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə