Akademik Milli Dram Teatrı tamaşaçıların vətənpərvər ruhda tərbiyə olunmasını, gənclərə hərbi-vətənpərvərlik ruhunun aşılanmasını öz fəaliyyətinin prioritet istiqamətlərindən hesab edir. Akademik Milli Dram Teatrında 31 mart 1918-ci il soyqırımının qurbanlarının xatirəsi anılıb. SİA-nın məlumatına görə, həmin gün Akademik Milli Dram Teatrında vətənpərvərlik mövzusuna həsr olunmuş iki tamaşa nümayiş olunub.
Həmin gün həm İ.Əfəndiyevin "Hökmdar və qızı" pyesi əsasında xalq artisti M.Fərzəlibəyovun quruluş verdiyi "Qarabağnamə", eləcə də H.Mirələmovun eyniadlı əsəri əsasında əməkdar incəsənət xadimi B.Osmanovun quruluşunda hazırlanan "Xəcalət" tamaşası tamaşaçılara təqdim olunub. Tamaşadan öncə teatrın ədəbi hissə müdiri əməkdar mədəniyyət işçisi Atababa İsmayıloğlu və xalq artisti Ramiz Novruz pərdə önünə çıxaraq tamaşaçılara Azərbaycan xalqına qarşı törədilmiş 31 mart 1918-ci il soyqırımının mahiyyəti və acı nəticələri haqqında məlumat verib.
Çıxışçılar qeyd ediblər ki, 31 mart soyqırımı xalqımızın qan yaddaşına həkk olunmuş faciədir. Yalnız Ulu Öndərimiz Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanından sonra həmin soyqırım öz hüquqi-siyasi qiymətini alıb. O vaxtdan etibarən 31 mart - Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB