“Turizm və səyahətlər sərgisi” Bakıda

“Turizm və səyahətlər sərgisi” Bakıda

Bu gün Jurnalist Qadınlar Assosiyasiyasının informasiya dəstəyilə Türkiyə səfirliyinin mədəniyyət və turizm müşaviri Seyid Əhməd Arslan mətbuat konfransı keçirib. SİA-nın xəbərinə görə, müşavir konfransında XII AİTF Beynəlxalq Turizm və Səyahətlər sərgisi, müşavirliyin veb saytının (www.turkiye.az) təqdimatı və 2013-cü ilin reklam kampaniyaları ilə bağlı mətbuat verib. 4-6 aprel tarixlərində Bakıda təşkil olunacaq sərgi barəsində məlumat verən S. Ə. Arslanın sözlərinə görə, sərgiyə Türkiyədən 80-nə yaxın nümayəndə heyyəti gələcək: "Konfransda iştirak etmək üçün Manisa, Afyon, Qarahisar, Ordu, Əskişehir, Ərzurum və digər bölgələrdən 30 tanınmış şirkətin nümayəndələri Azərbaycana səfər edəcək. Sərginin əsas məqsədi Türkiyənin tarixi yerləri barəsində məlumat vermək və tanıdılmasını təşkil etməkdir. Ötən il sərginin ərazi tutumu 110 kvadrat kilometr olmuşdusa, bu il sərginin təşkil olunduğu məkan 207 kvadrat kilometri əhatə edəcək. Sərgidə Türkiyənin turizm bölgələri haqqında geniş məlumat verilməklə yanaşı "Muhteşem yüz yıl" serialının çəkilişində istifadə olunan geyimlər nümayiş olunacaq. Daha sonra qonaqlara hazırlanmış "mesr cövhəri" adlı təam təklif olunacaq".

S. Ə. Arslan bildirib ki, 2012-ci ildə dünyanın müxtəlif ölkələrindən Türkiyəyə 32 milyon turist gəlib. Bunun 590 min nəfərini isə azərbaycanlı turistlər təşkil edib. 2011-ci ildə ümumilikdə turist sayının 31 milyon olduğunu və bu rəqəmin 578 min nəfərini azərbaycanlı turistlərin təşkil etdiyini deyən müşavir qeyd edib ki, ildən ilə dünyanın bir çox yerlərindən Türkiyənin müxtəlif bölgələrinə gələn turistlərin sayı artmaqdadır.

Bütün xəbərlər Facebook səhifəmizdə