Səbinə Babayeva növbəti solo konsertini verdi FOTO

Səbinə Babayeva növbəti solo konsertini verdi FOTO

"Eurovision - 2012" mahnı müsabiqəsinin iştirakçısı Sәbinə Babayeva Bakı Caz Mərkəzində solo konsert proqramı ilə çıxış edib. SİA-nın məlumatına görə, konsert proqramında öz xitləri ilə bərabər dünya musiqilərinə də yer ayıran müğənni Uitni Hyuston, Tom Cons və başqa ulduzların mahnılarını ifa edib. Müğənni bu dəfə konsertində yenilik edərək milli alətimiz tarın müşayiəti ilə xalq mahnılarını da oxuyub.

Konsertə Səbinəni dinləməyə gələnlərin arasında olan bəstəkar Vagif Gərayzadə səhnəyə çıxaraq sənətçini təbrik edib.

Qeyd edək ki, A.Zeynallı adına Bakı Musiqi Məktəbinin vokal sinfini bitirmiş S.Babayeva 1999-cu ildən ölkəmizdə və xaricdə keçirilmiş bir sıra müsabiqələrdə uğurla çıxış edib. Azərbaycanlı tamaşaçılar onu "Bəyaz həyat" televiziya serialına yazılmış "Röya kimi" mahnısının ifaçısı kimi tanıyırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə