Böyük teatrın balet ulduzları Bakıda FOTO

Böyük teatrın balet ulduzları Bakıda FOTO

Aprelin 13-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında L.Minkusun "Don Kixot" baletinin tamaşası keçiriləcək. Teatrdan SİA-ya verilən məlumata görə, tamaşada əsas partiyaları Rusiya Akademik Böyük Teatrının aparıcı solisti – prima-balerina, Rusiyanın əməkdar artisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Marianna Rıjkina və Böyük Teatrın balet truppasının aparıcı solisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Vladislav Lantratov ifa edəcəklər.

Tamaşanı Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.

Qeyd edək kİ, 2011-ci ildə İngiltərədə keçirilən beynəlxalq klassik balet festivalında M.Rıjkina və V.Lantratov "Don Kixot" tamaşasında Kitri və Bazil partiyalarının ən yaxşı ifaçıları üçün təsis edilmiş mükafata layiq görülüblər. Böyük Teatrın ulduzları bir sıra başqa ölkələrdə də uğurlu qastrol səfərlərində olub və öz çıxışları ilə KİV və tamaşaçıların rəğbətini qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə