Məşhur türk aktrisası Türkan Şoray Ginnesin Rekordlar kitabına düşəcək. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, "Keçmişdən gələcəyə iz qoyan Türkan Şoray şəkilləri" (''Geçmişten Geleceğe İz Bırakan Türkan Şoray Fotoğrafları'') adlı sərgi açılıb. Bu sərginin rekordlar kitabına düşmək üçün namizəd olacağı deyilir. Sərgidən əldə olunan gəlir isə İstanbul Əqli çatışmazlığ üçün təhsil və dayanışma vəqfinə (İstanbul Zihinsel Engelliler İçin Eğitim ve Dayanışma Vakfı'na (İZEV)) veriləcək.
Açılış mərasimində iştirak edən aktrisa belə bir sərginin təşkil edilməsindən qürur duyduğunu bildirib. Qüsurlu uşaqların ona boyunbağı hədiyyə etməsindən təsirlənən Şoray: "Onlar mənim canımdır. Burada birlikdə olmaq çox gözəl bir hissdir",- deyə fikirlərinə əlavə edib.
Vəqfin rəhbəri Berti Ərbəş isə çıxışında vurğulayıb ki, sərgidə nümayiş olunan 500 şəkil Türkan Şorayın fanatları tərəfindən verilib. B. Ərbəş onu da bildirib ki, əsas məqsəd Ginnesin Rekordlar kitabına düşməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB