Azərbaycanda Türkiyə Mədəniyyət günləri bu il mayın 13-17-də Bakıda keçiriləcək. Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm üzrə müşaviri Seyid Əhməd Arslanın SİA-ya verdiyi məlumata görə, bu məqsədlə Türkiyədən böyük nümayəndə heyəti ölkəmizə gələcək. Azərbaycanda keçiriləcək Türkiyə Mədəniyyət günlərinin proqramı çox rəngarəng olacaq və respublikanın bir sıra bölgələrini əhatə edəcək.
Müşavir həmçinin qeyd edib ki, mayın əvvəlində Türkiyənin sənət adamlarından ibarətə 40 nəfərlik nümayəndə heyətinin Heydər Əliyev sarayında konserti nəzərdə tutulub. Ümumiyyətlə, il ərzində iki ölkə arasında mədəniyyət sahəsinə aid çoxsaylı tədbirlərin keçirilməsi planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB