23 mart tarixində ölkənin ən böyük ekranında, baş rolları ifa edən aktyorların və filmin rejissoru, məşhur mügənni və aktyor Əmrahın iştirakı ilə "Gəlməyən bahar" filminin qala gecəsi keçiriləcək. SİA-nın məlumatına görə, filmin təqdimat mərasimi İstanbul, Ankara, Köln və Berlin şəhərlərində baş tutub. Film qadın zorakılığı və əzablara məhkum olunmuş sevgidən bəhs edir.
Bakıda keçiriləcək təqdimat çərçivəsində filmdə baş rolu ifa edən Beyaz Şekerçi, Turqay Tanülkü və digər aktyorların iştirakı nəzərdə tutulub. Filmin nümayişindən sonra iştirakçıların və rejissorun çıxışı və mətbuat konfransı planlaşdırılır.
Qala gecəsi üçün biletlər artıq satışda və yalnız Nizami Kino Mərkəzinin kassasından əldə oluna bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB