Qara Qarayevin xatirəsi yad ediləcək

Qara Qarayevin xatirəsi yad ediləcək

Martın 28-də R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin dahi bəstəkar Qara Qarayevin xatirəsinə həsr olunmuş konserti keçiriləcək.

SİA-nın məlumatına görə, konsertdə Azərbaycan, Avropa və Rusiya bəstəkarlarının əsərləri ifa olunacaq. Konsertin solistləri xalq artisti, professor Zəhra Quliyeva, əməkdar artist Səbinə Əsədova, Evqeniya Məmmədova, Dmitri Babayev, Adil Axundov, Anar Məmmədov, Yusif Bayramovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə