Rejissor Seyran Mahmudoğlunun "Neftin adamı" sənədli filmi mart ayında iki beynəlxalq festivalda iştirak edəcək. SİA_nın məlumatına görə, 14-24 martda Türkiyədə keçirilən 24-cü Ankara Beynəlxalq Film Festivalının Dünya Sənədli Filmləri bölümündə nümayiş olunacaq "Neftin adamı" sənədli filmi ilə yanaşı festivalda ölkəmizi rejissor Şamil Əliyevin "Çölçü" bədii filmi də təmsil edəcək.
"Neftin adamı" həmçinin martın 22-28-də Ukraynada keçiriləcək DOCUDAYS UA Beynəlxalq Film Festivalında da iştirak edəcək. Festivalda həmçinin Almaniya, Xorvatiya, Şotlandiya, Polşa, Rusiya, İtaliya və s. ölkələrdən olan filmlər nümayiş olunacaq.
Qeyd edək ki, "Neftin adamı" sənədli filmi Azərbaycan neftini fərqli prizmadan təqdim edir. Filmin qəhrəmanı neftdən pul qazanan, lakin maqnat olmayan, əyləncə üçün yox, müalicə olunmaq üçün mütəmadi olaraq neft vannası qəbul edən biridir. Onun əllərindən neft damır. Neft onun həyatına hər tərəfdən axır. O, "Neftin adamı" rəssam-Sabir Çopuroğludur.
Filmin prodüserləri Seyran Mahmudoğlu, Esmira Əyyub, rejissoru Seyran Mahmudoğlu, ssenari müəllifi Esmira Əyyub, quruluşçu operatoru Əli Sultanov, səs Elşən Aslanov, rəng tərtibatı İbrahim Kərim, post prodakşn mərhələsində isə dizayner Kseniya Diadorovadır.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB