Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdi daha bir uğura imza atıb. SİA-nın məlumatına görə, martın 7-11-də Belçikada keçirilən Gənc skripkaçıların V "Bravo" Beynəlxalq müsabiqəsində Bülbül adına orta ixtisas musiqi məktəbinin IX sinif şagirdi İbrahimova Aytən I yerə layiq görülərək laureat adını qazanıb.
Məlumat üçün bildirək ki, bu, gənc ifaçının birinci uğuru deyil. O, 2012-ci ildə Gənc istedadların I İslam Dünyası gənclərinin klassik musiqi ifaçılarının beynəlxalq festival-müsabiqəsində I yerə layiq görülüb. Həmçinin, Rusiyada V.Spivakovun fondu tərəfindən təşkil olunan "Moskva dostları qarşılayır" Beynəlxalq festivalına fərdi dəvət alıb və qaliblərin "Qala konserti"ndə çıxış edib. İstedadlı skripkaçının dəfələrlə xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Q.Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin müşayətilə çıxışları olub.
Qeyd edək kİ, Aytən İbrahimova əməkdar müəllim, professor Fatimə İdyatulinanın yetirməsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB