Bu gün Yazıçılar Birliyində şairə Fəridə Hacıyevanın 60 illik yublileyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Birliyin üzvləri və mətbuat nümayəndələri iştirak ediblər. Şair Fikrət Qoca, yazıçı Natəvan Dəmirçioğlu, tənqidçi Əsəd Cahangir və digərləri istedadlı şairəni yubileyi münasibətilə təbrik ediblər. Qeyd olunub ki, səbəbkar yaradıcılığa ötən əsrin səksəninci illərində başlayıb. Ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanan "Göylər pənahım mənim", "Bağışla vətən bağışla", "Qaytaram Tanrı sevgisini" adlı kitabların müəllifidir.
Məlumat üçün bildirək ki, şairə ədəbi uğurlarına görə Mədəniyyət və Turizm Nazirliyinin fəxri diplomuna, "Araz" Ali mükafatına, "Qızıl qələm", Məhsəti Gəncəvi mükafatlarına layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB