Vaqif Əliyev: "Qanunsuz tikililərin qarşısı alınacaq"

Vaqif Əliyev: "Qanunsuz tikililərin qarşısı alınacaq"

"Ölkənin regionlarda 1935 mədəniyyət abidəsinin əsaslı təmirə ehtiyacı var". SİA-nın xəbərinə görə, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev "Regionlarda mədəniyyət və turizm: 2012-ci ilin yekunları" ümumrespublika müşavirəsində belə deyib. Onun sözlərinə görə, 1236 müəssisənin uyğunlaşdırılmış binada fəaliyyət göstərir.

Nazirliyin rəsmisi qeyd edib ki, ötən il ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Zaqatala rayonunda 129 müəssisə və abidəyə müxtəlif dərəcədə ziyan dəyib: "Regionlarda olan kinoteatrların əsaslı və zəruri təmirə, onların müasir avadanlıqlarla təchiz olunmasına ehtiyacı var".

V.Əliyev deyib ki, respublikanın bəzi şəhər və rayonlarında – Şəki, Şəmkir, Gəncə, Şabran, Lerik və s. ərazilərdə tarixi abidələri Mədəniyyət və Turizm Nazirliyi tərəfindən razılaşdırılmamış layihələr əsasında təmir-bərpa işləri aparılır: "Qoruqlar ərazisində icazəsiz fərdi yaşayış evlərinin tikilməsi hallarının qarşısı alınacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə