"Mədəniyyət və turizm şöbələrində vahid idarəçilik sistemi olmalıdır. Regionların mədəniyyət sahəsində hansı tapşırıqlar verilirsə, mədəniyyət və turizm şöbələrinin rəhbərləri də bu tapşırıqların icra olunmasına cavabdeh olmalıdırlar". SİA-nın xəbərinə görə, bu barədə Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev "Regionlarda mədəniyyət və turizm: 2012-ci ilin yekunları" ümumrespublika müşavirəsində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bəzən nazirlik mədəniyyət və turizm şöbələrinin reallaşdırmalı olduğu ən kiçik işlərlə də özü məşğul olmağa məcbur olur: "Nazirliyin verdiyi tapşırıqları mədəniyyət və turizm şöbələri bəhanəsiz və məsuliyyətli şəkildə yerinə yetirməlidir. Bu onların vəzifə borclarıdır. Regionlarda mədəniyyət sahəsində həyata keçirilən və reallaşdırılması tələb olunan hər bir tapşırığa mədəniyyət və turizm şöbələri cavabdehdirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB