Lənkəran şəhərində "Muğam aləmi" Üçüncü Beynəlxalq Muğam Festivalı çərçivəsində tədbir
Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində "Muğam aləmi" Üçüncü Beynəlxalq Muğam Festivalı çərçivəsində Azərbaycanın bölgələrində keçirilən tədbirlər silsiləsindən rayon konserti olub. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, şəhərdə fəaliyyət göstərən C.Cabbarlı və H.Rzayeva adına şəhər uşaq musiqi məktəbləri muğam şöbəsinin müəllim və şagirdləri geniş konsert proqramı ilə çıxış ediblər. Konsert proqramı çərçivəsində muğam ifaçılarından İmanverdi Ağayev, Müslüm Ağayev, Mirisa Qəhrəmanov, Yeganə Şabanova, Məleykə Mirzəyevə və Güldəstə Niftullazadənin ifasında milli muğam incilərimiz sırasından bir sıra möhtəşəm əsərlər – "Şahnaz" dəstgahı, "Orta mahur", "Mənim Azərbaycanım", "Heyratı" zərb muğamı, "Çahargah", "Simayi-Şəms" zərb muğamı və digərləri səsləndirilib.
İfaçıları musiqi alətlərində rayonun musiqi məktəblərinin usta müəllimlərindən tarda İbrahim Nəsirli, kamançada Təranə Şərifova, balabanda Elman Liftiyev, Sevdim Məmmədzadə, nağarada Zakir Liftiyev müşayət ediblər.
Muğam bayramı martın 17-dək davam edəcəkdir. Festival çərçivəsində burada rəngarəng konsert proqramlarının təqdim olunması nəzərdə tutulub.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB