Bu gün "Kosa"dan əbədi xatirə olaraq Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə "Bu bir tarixdir" (1997-2011) adlı diskin təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən hamının Novruz bayramından yaxşı tanıdığı Kosa- Qafar Novruzlu çıxışı zamanı bildirib ki, milli- mənəvi dəyərlərə hörməti sonsuzdur: "22 ildir bu sənətdəyəm. Bu illər ərzində Kosa obrazını canlandırmaq mənim üçün böyük şərəfdir. 1980-ci ildən "İrs folklor ansamblı"nın üzvü kimi fəaliyyət göstərirəm".
Hər zaman dövlət tədbirlərində iştirak etdiyi deyən Keçəl: "2009-2011-ci illərdə dövlət tədbirlərinə çağırılmadıq. 2011-ci ildə isə prezidentimiz İlham Əliyevin tələbi ilə yenidən tədbirlərdə iştirak etdik. Ancaq son 2 ildi köhnə hal təkrarlanır və yenə də tədbirlərə gedə bilmirik. Bununla bağlı Mədəniyyət və Turizm Nazirliyinə məktub göndərmişəm, lakin hələ də cavab ala bilməmişik",- deyə fikirlərinə əlavə edib.
Q. Novruzlu həmçinin qeyd edib ki, Novruzun əsas atributları sayılan keçəl və kosa obrazını klounlaşdırırlar: "Qəhrəmanların bu cür klounlaşdırılması mənəvi dəyərlərimizə böyük zərbədir. İndiki keçəl və kosanın heç Novruz haqqında anlayışları belə yoxdur. Bu obrazları cılızlaşdıran insanlara qarşı üsyan qaldırmışam".
Keçəl Vaqif İbrahimov isə vurğulayıb ki, dövlət tədbirlərindən hansı səbəbdən uzaqlaşdırıldıqlarını hələ də anlaya bilmirlər.
Qeyd edək ki, diskdə Kosa və Keçəlin Novruz bayramından olan sərgüzəştləri yer alıb. Diskdə həmçinin mərhum prezident Heydər Əliyev və indiki prezidentimiz İlham Əliyevlə yumurta döyüşü səhnələri də yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB