Azərbaycanın professional kinooperatorları təsis yığıncağı keçirərək Kinooperatorlar Gildiyasının yaradılması haqqında qərar qəbul ediblər. SİA-nın məlumatına görə, yığıncaqda Gildiyanın nizamnaməsi təsdiq olunub və tanınmış kinooperatorlar Kənan Məmmədov, Rafiq Quliyev, Adil Abbas, Nizami Abbas, Nadir Mehdiyev, Elşən Əliyev idarə heyətinin üzvləri seçiliblər.
İdarə heyətinin sədri isə əməkdar incəsənət xadimi Rafiq Quliyev seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB