Mayın 18-19-da Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında məşhur teatr və kino artistlərinin ifasında "İki ətirli qızılgül" musiqili komediyasının premyerası olacaq. SİA-nın məlumatına görə, Emilio Karbalidonun eyniadlı komediyası əsasında hazırlanan səhnə əsərinin rejissoru Nina Çusovadır.
Rolları Rusiyanın xalq artisti Larisa Udoviçenko, bu ölkənin əməkdar artistləri Janna Epple, Evklid Kyurdzidis, aktyorlar Pavel Yefremov, Sergey Krivov, Andrey Karpov ifa edəcəklər.
Emilio Karbalidonun pyesləri yalnız Meksikada deyil, həm də Latın Amerikasının digər ölkələrində, Avropa və ABŞ-da uğurla səhnədə qoyulub. Pyes ilk dəfə rus dilinə tərcümə edilib.
Qeyd edək ki, "İki ətirli qızılgül" bir kişini sevən iki qadın haqqında hekayədir. Onlar biri-birindən xəbərsizdirlər. Bu komediyada çox sayda zarafat, rəqs və musiqi olacaq. Bu isə tamaşanı əsl musiqili şouya çevirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB