Sovet dönəminin məşhur filmlərindən olan "Sprut" serialının rejissoru vəfat edib. Onun bir sıra əsərlərinin əsas mövzusu mütəşəkkil cinayətkarlıqla, o cümlədən İtaliya mafiyası ilə mübarizə idi. SİA-nın məlumatına görə, "Sprut" detektiv serialının yaradıcısı, italyan rejissor Damiano Damiani 90 yaşında Romada vəfat edib. Yaxınlarının sözlərinə görə, rejissorun ölüm səbəbi təngənəfəslik olub.
Qeyd edək ki, Damiani ilk dəfə 1946-cü ildə kinematoqrafda debüt edib. Sonuncu filmini isə 2002-ci ildə çəkib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB