Bu il İsveçdə keçiriləcək "Eurovision 2013" mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək ifaçının müəyyənləşdirilməsi üçün milli seçim turu başa çatıb. SİA-nın məlumatına görə, İctimai TV-nin canlı yayımında efirə gedən 8-ci həftənin iştirakçıları birincilik uğurunda mübarizə aparıblar.
Həftə ərzində iştirakçılar Seyran İsmayılxanov, Valeriya Hüseynzadə, Ayişəbəyim Nağıyeva, Orxan Kərimli, Aysel Babayeva, Üzeyir Quliyev, Elvin Babaşov, Ləman Dadaşova, Səid İsmayılzadə öz nəyə qadir olduqlarını göstəriblər. Daha sonra səsverməyə start verilib. Tamaşaçı səsverməsinə görə, Valeriya Hüseynova 3434 səslə birinci olub. İkinci yer Orxan Kərimli, üçüncü yer isə Aysel Babayeva olub. Lakin münsiflərin istəyi finala iki nəfər Valeriya Hüseynova və Aysel Babayeva vəsiqə qazanıb.
Məlumat üçün bildirək ki, analoji hal ötən həftə də təkrar olunub. Belə ki, həmin həftə də münsiflərin qərarı ilə iki nəfər seçilib. 8 həftə davam edən seçim turunda 10 nəfər finala vəsiqə qazanıb. Beləliklə, münsiflər heyəti və tamaşaçıların birgə rəyinə görə, Vüqar Muradov, Rəvanə Əliyeva, Fərəh Hadıyeva, Leyla Əliyeva, Leyla Qafari, Fərid Məmmədov, Nigar Hüseynova , Vlada Axundova, Valeriya Hüseynova və Aysel Babayeva turun final mərhələsində mübarizəni davam etdirəcək.
Təmsilçimizin adı martın 14-də "Buta Palace" də keçiriləcək final konsertində açıqlanacaq.
Qeyd edək ki, təmsilçimiz mayın 16-da Malmödə "Biz birik" şüarı ilə keçiriləcək 58-ci "Eurovision" Mahnı Müsabiqəsinin II yarımfinalında 2-ci nömrə altında çıxış edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB