Dünya şöhrətli Hollivud aktyoru Leonardo di Kaprio ən son çəkildiyi "Azad edilmiş Djanqo" filmini Cənubi Koreyada təqdim edib. Kventin Tarantinonun filminin premyerasında iştirak etmək üçün Seula gələn yaraşıqlı aktyor burada pərəstişkar izdihamına səbəb olub.
Di Kaprio ona göstərilən maraqdan çox məmnun olduğunu deyib. "Cənubi Koreyada bu cür qarşılanacağımı gözləmirdim. Bu, inanılmaz idi. Birinci dəfədir burdayam və əminəm ki, bir daha gələcəm. "Djanqo" filmini Cənubi Koreyada təqdim etməyimə görə çox həyəcanlıyam", - deyə, di Kaprio bildirib.
Qeyd edək ki, Leonardo di Kaprio "Azad edilmiş Djanqo" filmində qaradərili kölə Djanqonun arvadının əzazil amerikalı sahibini canlandırır. Aktyor filmdə qəddar səhnələri oynamaqdan heç də narahat olmadığını bildirib. "Mənim fəlsəfəm həmişə eynidir: "Əzab-əziyyət müvəqqətidir, film isə əbədi". Biz çəkiliş meydançasına gedirik, orada əlimizdən gələni edirik, bütün diqqətimizi ora cəmləyirik. Əgər hər şeyi düz ediriksə, ortaya bir şah əsəri çıxır. Mənim fikrimcə, sinema ən möhtəşəm müasir incəsənət növüdür." - Hollivud ulduzu belə deyib.
Qeyd edək ki, ABŞ-da köləliyin mövcud olduğu dövrlərdən bəhs edən "Azad edilmiş Djanqo" filmi bir neçə nominasiyada "Qızıl Qlobus", bir neçə nominasiyada da "Oskar" mükafatlarını alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB