Martın 9-da saat 12.00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ilin ilk premyerası - "Qaraca qız" tamaşası nümayiş etdiriləcək. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, S.S.Axundov və A.Şaiqin eyniadlı əsəri əsasında hazırlanmış iki hissəli nağıl tamaşanın quruluşçu rejissoru xalq artisti Vaqif Əsədov, quruluşçu rəssamı Qurban Məsimov, bəstəkarı Sərdar Fərəcovdur.
Tamaşada əməkdar artistlər Gülər Nəbiyeva, Seyidşah Məmmədov, aktyorlar Manaf Dadaşov, Güşvər Şərifova, Simuzər Atakişiyeva, Hüsniyyə Əhmədova, Asya Atakişiyeva, Roza İbadova, Elşən Hacıbabayev, Zümrüd Quliyeva, İlqarə Tosova, Nuriyyə Əliyeva və başqaları çıxış edəcəklər.
Növbəti premyera isə martın 10-da saat 12.00-da Bolqar yazarı Panço Pançevin eyniadlı əsəri əsasında hazırlanmış "Dörd əkizin nağılı" tamaşasıdır. Səhnə əsərinin quruluşçu rejissoru Ağalar İdrisoğlu, rəssamı Elşən Sərxanlıdır. Əsas obrazları əməkdar artistlər Naibə Allahverdiyeva, Qəmər Məmmədova, aktyorlar Günel Məmmədova, Elnur Hüseynov, Kərəm Hadızadə və başqa aktyorlar canlandıracaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB