Ötən il mədəniyyət sahəsi üzrə 100-dən artıq dövlət əhəmiyyətli tədbirlər, sərgilər, festivallar, mədəniyyət günləri təşkil edilib. SİA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin Milli Məclisə təqdim etdiyi 2012-ci il üçün illik yekunlarına dair hesabatında bildirilib.
Hesabat dövründə son 10 ildə teatr, kino, muzey, kitabxana və turizmin inkişafını təmin edən 5 dövlət proqramı, çoxsaylı sərəncam və fərman imzalanıb. Ölkədə 1500-dən artıq beynəlxalq və respublika əhəmiyyətli tədbir keçirilib və Azərbaycan bir çox beynəlxalq festival və müsabiqələrə ev sahibliyi edib. Ötən il 30-a yaxın ölkədə Azərbaycan mədəniyyət günləri keçirilib.
Ötən müddət ərzində mədəni irsin qorunması, tarix və mədəniyyət abidələrinin inkişaf etdirilməsi, bərpası, tədqiqi, istifadəsi və mühafizəsi daim diqqət mərkəzində saxlanılıb, 8 yeni tarix-mədəniyyət ocağı yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB