Qusarda Azərbaycan milli teatrının 140 illik yubileyi qeyd olunub

Qusarda Azərbaycan milli teatrının 140 illik yubileyi qeyd olunub

Qusarda Azərbaycan milli teatrının 140 illik yubileyi qeyd olunub. Qusar Dövlət Ləzgi Dram Teatrı tamaşaçılara dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin komediaları əsasında hazırlanan ədəbi kompozisiyanı təqdim edib.

1873-cü il martın 10-da Bakı Realnı Məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin "Sərgüzəşti-vəziri-xani-Lenkaran" komediasının tamaşaya qoyulması nəticəsində Azərbaycan Milli Teatrı yarandı. Milli teatrımızın 140 illik yubileye Qusar Dövlət Ləzgi Dram Teatrı tərəfindən də təntənə ilə qarşıanır. Bölgə teatrı yubileyə M.F.Axundzadənin komedialarından ibarət ədəbi kompozisiya ilə hazırlaşıb.

Milli teatrımızın yubiley gecəsində onun sələfi olan Qusar Dövlət Ləzgi Dram Teatrının fəaliyyətindən də söz açıldı. Qeyd olundu ki, bölgə teatrı 23 əvvəl yaradılıb və regionda teatr sənətinin inkişafına öz töhfələrini verib. Son illərdə maddi-texniki bazasının möhkəmləndirilməsi sayəsində kollektiv respublika miqyaslı müsabiqələrdə nailiyyət qazınıb, klassik və müasir dramaturqlarımızın əsərərini bölgə tamaşaçılarına özünəməxsus tərzdə təqdim edib.

Milli teatrımızın yaranmasının 140 illik yubileyi ilə əlaqədar Qusar Dövlət Ləzgi Dram Teatrı yeni repertuarla tamaşaçıların qarşısında çıxış edəcək.

Emin Kərimov, Qusar

Bütün xəbərlər Facebook səhifəmizdə