Qənirə Paşayevadan maraqlı addım

Millət vəkili "Nədən həyat?" albomunun satışından əldə olunan gəliri zorakılığa məruz qalmış qadınlar üçün sığınacaq mərkəzlərinə bağışlayıb

Millət vəkili Qənirə Paşayeva sözləri ona, musiqiləri isə Azərbaycanın tanınmış bəstəkarı Aygün Səmədzadəyə məxsus "Nədən həyat?" albomundan əldə olunan gəliri zorakılığa məruz qalmış qadınlar üçün sığınacaq mərkəzlərinə bağışlayıb. Qadınlara qarşı zorakılığa YOX deyək! cağırışı ilə Qənirə Paşayevanın iştirakı ilə keçiriləcək imzaetmə mərasimi martın 6-da saat 18.00-da Park Bulvarda "Əli və Nino" kitab mağazaları şəbəkəsində keçiriləcək. Arzu edən hər kəs iştirak edə bilər. Alboma daxil olan mahnıları Azərbaycanın tanınmış sənətçiləri Roya, Aygün Kazımova, Eyyub Yaqubov, Lalə Məmmədova, Ayaz Qasımov, Nurlan Növrəstli, Vusal Hacıyev və digərləri ifa ediblər. Qeyd edək ki, sözləri Qənirə Paşayevaya aid olan 3 yeni albom artıq "Əli və Nino" kitab mağazaları şəbəkələrində satışdadır.

1. Ağla mənim üçün bu şəhər və sən. Sözlər: Qənirə Paşayeva, musiqilər: Oqtay Kazımi

2. Nədən həyat. Sözlər: Qənirə Paşayeva,musiqilər: Aygün Səmədzadə.

3. Həyata küsmə. Sözlər: Qənirə Paşayeva,musiqilər: Elza Seyidcahan.

Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva digər iki albomundan - "Ağla mənim üçün bu şəhər və sən\" albomundan əldə olunan gəliri "Şəhid Anaları Cəmiyyəti"nə, "Həyata küsmə" albomundan əldə olunan gəliri isə Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə