Türkiyənin sənətçisi Müslüm Gürsəsin nəşi bu gün günorta saatlarında cənazə namazı qılındıqdan sonra torpağa tapşırılıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Gursəs ilə vida mərasimi bu gün Bakı vaxtı ilə saat 12:00-da Cemal Reşit Rey Konsetr Sarayından keçirilib.
Vida mərasiminin keçirildiyi məkanda ayaqda durmaqda çətinlik çəkən və iki insanın köməyi ilə saraya gələn Gursəsin həyat yoldaşı Muhterem Nur göz yaşlarına hakim ola bilməyib. O, sənətçinin bütün sevənlərinə təşəkkür edərək, dünyanın ən yaxşı insanını itirdiyini və Gürsəs kimi insanın heç vaxt dünyaya gəlməyəcəyini deyib.
Qeyd edək ki, sənətçinin dəfn mərasimi Zincirlikuyu əyalətində yerləşən ailə qəbirstanlığında olub. Onun dəfn mərasiminə Türkiyə hökumətinin rəhbərləri də qatılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB