"GECƏ VALSI" təqdim olundu

Sözləri millət vəkili Qənirə Paşayevaya, musiqisi tanınmış bəstəkar, Azərbaycanın əməkdar incəsənət xadimi Aygün Səmədzadəyə məxsus olan yeni bir mahnı "Gecə Valsı" təqdim olundu. İstedadlı sənətçi Nurlan Növrəslinin ifa etdiyi "Gecə Valsı" mahnısının aranjmanı Tural Usubova məxsusdur. Mahnı artıq televiziya və radio kanallarında yayımlanmağa başlayıb. Ümid edirik ki, bu mahnı da digər bəstələr kimi tamaşaçıların qəlbinə yol tapacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə