Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə Bakıda "Muğam aləmi" III Beynəlxalq Muğam Festivalı keçiriləcək. SİA-nın məlumatına görə, martın 9-dan 19-a qədər davam edəcək festivalda, beynəlxalq elmi simpozium, muğam ifaçılarının müsabiqəsi və dünyanın tanınmış musiqiçilərinin konsertlərinin keçirilməsi nəzərdə tutulub.
"Muğam aləmi" III Beynəlxalq Muğam Festivalı çərçivəsində, Heydər Əliyev Sarayında flamenqo rəqsinin mahir ifaçısı, aktyor, xareoqraf, dünya şöhrətli ispan rəqqas Joaquin Cortesin iştirakı ilə konsert proqramı keçiriləcək.
Martın 18-də keçiriləcək konsertdə Cortes özünün yeni "DİSEN DE Mİ" adlı möhtəşəm rəqs proqramını təqdim edəcək. Səhnədə 20-dən çox musiqiçinin müşaiyət edəcəyi konsert proqramı saat 20:00-da başlayacaq. Konsertin biletləri yaxın günlərdə satışa çıxarılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB