İsfar Sarabski dünya şöhrətli caz ifaçısı ilə bir səhnədə

İsfar Sarabski dünya şöhrətli caz ifaçısı ilə bir səhnədə

Dünya şöhrətli caz musiqisi ifaçısı Keyko Matsuinin Bakı konsertinin tarixi dəyişib. SIA-nın məlumatına görə, "Buta" İncəsənət Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək konsert martın 15-də deyil, martın 27 və 28-də Heydər Əliyev Sarayında baş tutacaq.

Bu dəfə bakılı tamaşaçılara xalq artisti Teymur Göyçəyevin rəhbərlik etdiyi Qara Qarayev adına Dövlət Kamera Orkestri ilə birgə konsert proqramı da təklif ediləcək. Həmçinin əməkdar artisti İsfar Sarabski konsertin xüsusi qonağı olacaq.

Konsertə biletləri şəhərin bütün kassalarından almaq mümkündür. Biletlərin qiyməti 20-100 manat arasında dəyişəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə