Aprelin 5-dən 7-dək Tatarıstanın paytaxtı Kazan şəhərində "Avropa- Asiya" XI Beynəlxalq Musiqi Festivalı keçiriləcək. SİA-nın məlumatına görə, festival çərçivəsində baş tutacaq 7 konsert proqramında yerli əsərlərlə yanaşı Azərbaycan, İsveçrə, İsveç, Xorvatiya, Vyetnam, Türkiyə, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Qazaxstan, Yaponiya və Çin bəstəkarlarının yaradıcılıq nümunələri ifa olunacaq.
Saydaşev adına Tatarıstan Dövlət Byük Konsert Salonunda baş tutacaq festivalın açılış mərasimində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadənin "Metomorfoz" əsəri də səslənidiriləcək. Festival çərçivəsində Azərbaycan bəstəkarları Fikrət Əmirovun "Muğam" poeması, Cahangir Cahangirovun "Rondo", Ərtoğrul Cavidin "Poema", Sərdar Fərəcovun simli orkestr üçün "Süita", Dadaş Dadaşovun "Kapriççio" əsərləri də ifa olunacaq.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcov Tatarıstan Bəstəkarlar İttifaqının sədri, Rusiyanın xalq artisti Rəşid Kalimulinin dəvət ilə fəxri qonaq kimi festivalda iştirak edəcək. Bu barədə məlumat verən S.Fərəcov onu da da əlavə edib ki, festivalda Azərbaycan bəstəkarlarının əsərlərini kamançada Mədinə Şahgəldiyeva, fortepianoda Sevinc Kəirmova ifa edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB