Azərbaycan Bəstəkarlar İttifaqının "Musiqişünaslıq" bölməsinin iclası keçirilib. SİA-nın məlumatına görə, bəstəkarlarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Zemfira Qafarovanın iştirakı ilə keçirilən iclasda bir sıra məsələlər müzakirə edilib. Bu barədə məlumat verən Z.Qafarovanın sözlərinə görə, bu ilin sonunadək Azərbaycan Bəstəkarlar İttifaqının təqdimatı ilə bir çox görkəmli bəstəkarlar haqqında monoqrafiyaların çap edilməsi planlaşdırılır.
"Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin təşəbbüsü ilə Mədəniyyət və Turizm Nazirliyi qarşısında görkəmli bəstəkarlarımız Qara Qarayev, Cövdət Hacıyev, Ağabacı Rzayeva, Cahangir Cahangirov, Vasif Adıgözəlov barədə monoqrafiyaların çap olunması ilə bağlı məsələ qaldırmışıq. Bu monoqrafiyaların əksəriyyəti demək olar ki, hazırdır və onların ilin sonunadək işıq üzü görməsini nəzərdə tutmuşuq. Bundan başqa bir çox tanınmış bəstəkarlar haqqında kiçik həcmli broşürlərin də çap olunmasını planlaşdırırıq. Bu silsilədən Emin Sabitoğlu, Əşrəf Abbasov, İsmayıl Hacıbəyov, Fərhəng Hüseynov, Məmməd Quliyev, Məmməd Saleh İsmayılov, o cümlədən Sevda İbrahimova, Oqtay Zülfüqarov, Dadaş Dadaşov, Oqtay Rəcəbov, Mobil Babayev, Azər Dadaşov, Rauf Əliyev, Tahir Əkbər, Sərdar Fərəcov , Faiq Nağıyev, Aydın Əzimov, Cəlal Abbasov, Azad Zahid, həmçinin tanınmış musiqişünaslar Zemfira Qafarova, Zemfira Səfərova, Gülnaz Abdullazadə, İmruz Əfəndiyeva, Aida Tağızadə, Səadət Abdullayeva barədə broşürlərin hazırlanması üçün bir çox musiqişünaslara tapşırıqlar verilib. İstəyirik ki, gənc nəslin nümayəndələrinin, ümumiyyətlə geniş ictimaiyyətin bu görkəmli musiqi xadimləri barədə məlumatları olsun. Düşünürük ki, həmişə olduğu kimi, bu nəşrlər də Mədəniyyət və Turizm Nazirliyi çap olunacaq əsərlərin siyahısına salınacaq",- deyə o fikirlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB