Sənətkarlıq xalqlar arasında mövcud olan dostluq əlaqələrini bir-birinə daha da sıx bağlayır. Paris sakinləri bu günlərdə Azərbaycan Rəssamlar İttifaqı, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan "Azərbaycan-ənənəvi və müasir incəsənəti" sərgisi ilə tanış olublar. SİA-nın məlumatına görə, sərgini keçirməkdə məqsəd Azərbaycanın xalq sənətkarlığı ilə tanış etməklə, xalqımızın ruhunu, mənəviyyatını və mədəniyyətinin zənginliyini paylaşmaqdır.
Bunun üçün Azərbaycanın müasir sənətkarlarının xalça və xalça məmulatı, batika, tikmə, şəbəkəbənd, zərgərlik, metal, ağac, keramika, gəlinciklərdən və quru çiçəklərdən ibarət qədim ənənələr üzərində köklənmiş müasir sənət əsərlərinin sərgisi təşkil edilib.
Azərbaycan məişətinin ayrılmaz hissəsi olan xalça və xalça məmulatları xalçaçı-rəssamlar A. Rəcəbov, M. Hüseynov, L. Qarayeva, T. Abdullayeva, L. Xudayarova, N. Kornetova, M. Zeynalova, əl işləri olan "Əfşan", "Namazlıq", "Qobustan", "Günəş", "Əncir ağacı" və s. xovlu xalçaları, "Palaz" xovsuz xalçası, "Xurcun", "Çanta" kimi xalça məmulatları, eyni zamanda B. Bəşirovanın, H.Məmmədzadənin, R. İsmayılov və Ə. İsmayılovun keçə, çətən, xovsuz xalça nümunələrinin müasir quruluşu və toxunuşu ilə diqqəti cəlb etsə də, ənənəvi xalça məktəblərinə əsaslandığını görmək olar. Bu ənənələrin cəlb edici nümunəsi sərgidə Xalça muzeyinin nadir eksponatlarından olan "Dəstərxan"ın surətidir.
Batika ustaları İ. Kostina, T. Ağababyeva, M. Nağıyev və N. Zaytsevin "Simurq", "Xəzər mələyi", "Saqi", "Violençi qadın" və başqa əsərlərində sanki doğma vətənimizin rəngləri həkk olunub.
Bir-birindən gözəl, incə zövqlə və böyük bacarıqla işlənmiş "Pirəbədil", "Quba", "Şərəbənd", "Buta" və s tikmələrdə müəlliflər – Ş. Əsgərova, Z.Fərhadova, G.Xəlilova, S. Səlimli, N. Əzizova, H. Hacımustafazadə, S. İsmayılov, X. Nəsirova, H. Əhmədova, Z. Seyidəliyeva, B. Əliyeva, G. Behbudova yun, ipək saplardan, parça və muncuqlardan istifadə edərək təkəlduz, qurama texnikası ilə nəfis sənət nümunələri yarada bilmişlər. M. Hacıyeva şəbəkəbənd texnikası ilə toxunmuş "Butalı" və "Dekorativ süfrə" sərgiyə başqa bir gözəllik qatır.
Xalq tətbiqi sənətin digər növü zərgərlik nümunələri E. Şamarayev, S. Baloğlanova, V. Xudaverdiyevin və Z. Rüstəmovun şəbəkə, quraşdırma, nəqqaşlıq və başqa texnikalarda gümüşdən və müxtəlif daş-qaşlardan hazırlanmış sənətkarlıq nümunələri ilə təmsil olunur.
Ağac və metal üzərində oyma ənənəvi sənətkarlıq növlərindən biridir. Ağac oymalara O. Həşimov, A. Həsənov, İ. Babayev, C. Quliyev, Ə. Məmmədov, A. İmanovun "Mücrü", "Nar", "Sarmaşıq" "Natürmort" kimi əsərlərində, metal məmulatlara isə N. Əyyubovun, K. Əliyevin, R. Əyyubovun, H. Əyyubovun, Şaiq və T. Əliyevin əl işləri olan "Sərpuş", "Məcməyi", "Çıraq" və digər əsərləri ən gözəl örnəklərindəndir.
Müəlliflər R. Bağırovun, S. Məmmədovun, C. Bayramlının, Ə.Əliyevanın, N. Sultanovanın, A. Məzairin "Dekorativ bulud", "Qobustan", "Həkimdədir", "Leyli və Məcnun", "Nizami" kimi əsərləri müasir keramika sənətinin gözəl nümunələrindəndir.
T. Qurbanovanın və N. Babayevanın hazırladığı milli gəlinciklərdə Azərbaycan məişətini və geyimlərini, S. Bağırzadənin quru çiçəklərdən hazırlanmış "Zəfəranlıq" kompozisiyasında isə təbiətimizi bacarıqla əks etdiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB