"Park Cinema"da 3 yeni film FOTOLAR

Şəhərimizin kino həvəskarları "Dyatlov aşırımının" sirrini tapmağa çalışırlar. Paytaxtımızın ən populyar kinoteatrlarından biri olan Park Cinema tamaşaçılara bir-birindən maraqlı 3 yeni bədii film təqdim edəcək.

Kinoteatrın direktoru Namiq Quliyev SİA-ya açıqlamasında bildirib ki, "Əlavə təsir", "İblisin son qovulması. İkinci gəliş", "Dyatlov aşırımı" filmləri fevralın 28-dən etibarən ekranlara çıxacaq.

"Dyatlov aşırımı" haqqında daha ətraflı məlumat verən N.Quiyev, bu filmdə İqor Dyatlovun rəhbərliyi altında 9 nəfər təcrübəli turistin müəmmalı surətdə həlak olmasından bəhs olunduğunu qeyd edib.

"Turist qrupunun müəmmalı şəkildə həlak olmasının səbəbləri amerikalı tələbə Xolli Kinqə rahatlıq vermir. Qrant udduqdan və komanda yığdıqdan sonra gənc qız və onun dostları, 1959-cu ildə həyata keçirilən ekspedisiyanın marşrutunu təkrarlamaq və onların həlak olması səbəblərini öyrənmək üçün Şimali Urala yola düşürlər", - deyə N.Quliyev vurğulayıb.

Qeyd edək ki, hər 3 filmin premyerası Park Cinema-da baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə