Xocalı faciəsi Gənc Tamaşaçılar Teatrında anılıb FOTO

Xocalı faciəsi Gənc Tamaşaçılar Teatrında anılıb FOTO

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xocalı soyqırımının 21-ci ildönümü anılıb. Teatrdan SİA-ya verilən məlumata görə, Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuş faciə teatrda yazıçı-publisist Vaqif Əlixanlının "Hardasan oğul" əsəri əsasında səhnələşdirilən "Əcəl atı" tamaşası ilə yad edilib.

Tamaşadan əvvəl səhnə əsərinin quruluşçu rejissoru Ağalar İdrisoğlu çıxış edərək Xocalı faciəsini xalqımızın başına gətirilən ən qəddar soyqırım aktı adlandıraraq, torpaqlarımız uğrunda tökülən qanların yerdə qalmayacağına əminliyini vurğulayıb. Faciə haqqında statistik göstəriciləri xatırladan rejissor soyqırımın mənəvi zərərlərini diqqətə çatdırıb.

Xocalı faciəsinin qurbanları bir dəqiqəlik sükutla yad edildikdən sonra tamaşa nümayiş etdirilib. Yüksək vətənpərvərlik ruhunda qələmə alınaraq xalqımızın başına gətirilən müsibətləri əks etdirən tamaşanın quruluşçu rejissoru Ağalar İdrisoğlu, quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov, rejissoru Sərvər Əliyev, rəqslərin və plastik hərəkətlərin quruluşçusu Vüsal Mehrəliyevdir.

Səhnə əsərində rolları əməkdar artistlər Qəmər Məmmədova, Rahib Əliyev, Gülər Nəbiyeva, Vahid Əliyev, aktyorlar Şəfəq Əliyeva, Xalidə Şərifova, Yasəmən Məmmədova, Hüsniyyə Əhmədova, Məhərrəm Musayev, Sabir Məlikov, Elşən Çarhanlı, Zenfira Əbdülsəməd, Sona Babayeva, Ədalət Əbdülsəməd, Kərəm Hadızadə, Qədirhüseyn İsmayılov, Elşən Hacıbabayev, Vahid Orucoğlu, Fidan Abbasova, Əmir Yusifzadə canlandırıblar.

Tamaşanı Baku Modern School, Azərbaycan Dövlət Dəniz Akademiyası, Azərbaycan Dövlət Pedaoqoji Universiteti və Yasamal rayonu 153 saylı məktəbin şagirdləri izləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə