Bu gün Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyində Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunan "Xocalı səsləyir bizi" adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirin keçirilməsində əsas məqsəd erməni daşnaklarının xalqımıza qarşı törətdikləri soyqırımı böyüməkdə olan gənc nəslə təbliğ etməkdən ibarətdir.
Tədbir iştirakçıları ilk öncə Xocalı şəhidlərinin ruhunu 1 dəqiqəlik sükutla yad ediblər. Tədbirdə Bakı şəhəri 7 saylı orta məktəb, Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri musiqi kompozisiyaları ilə çıxış edib və vətənpərvərlik ruhunda mahnılar səsləndiriblər. Anım gecəsində həmçinin 48 saylı Fizuli Qaçqın məktəbi, 49, 162 saylı məktəblərin şagirdləri iştirak ediblər.
Mərasimdə muzeyin nümayəndələri gənc nəslə bildiriblər ki, ermənilərin törətdikləri vəhşiliklər müqayisə edilməzdir: "Onlar öz bədnam hərəkətləri ilə tarixdən tanıdığımız ən qəddar hökmdarların zülmkarlığını belə kölgədə qoydular. Xocalı faciəsi tarixdə bəşəriyyətə qarşı ən böyük cinayətlərdən biridir".
Tədbirin sonunda isə tamaşaçılara Şamil Nəcəfzadənin "Qala" filmi nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB