Azərbaycanda fəaliyyət göstərən kinoteatrlardan biri olan "28 cinema" kinoseverlərə daha bir xoş yenilik təqdim edir. SİA-nın məlumatına görə, kinoteatr bundan sonra mütəmadi olaraq türk və Hollivud filmlərinin türk dilində nümayişinə başlayır.
Gün ərzində 3-dən çox seans izləyicilərə təqdim olunacaq. Kinoteatr artıq aprel ayına qədər seansların təqvimini və saatlarını təqdim edib.
Qeyd edək ki, seansların təqvimi, vaxtları və digər xəbərlər haqqında daha ətraflı məlumat əldə etmək üçün kinoteatrın 28cinema.az rəsmi internet səhifəsindən və ya fb.com/28Cinema facebook səhifəsindən əldə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB