2013-cü il türk sənətkarları üçün heç də uğurlu il olmadı. SİA-nın türk mətbuatın istinadən verdiyi məlumata görə, Türkiyənin məşhur teatr və teleserial aktyoru Osman Gidişoğlu vəfat edib. Gənclər 68 yaşlı aktyoru daha çox "Çocuklar duymasın" teleserialındakı Menderes obrazı ilə tanıyıblar.
Nəzərinizə çatdıraq ki, Osman Gidişoğlu 1945-ci ildə Türkiyənin Manisa şəhərində dünyaya gəlib. Səhnə fəaliyyətinə ilk dəfə Manisa "Xalq evi"ndə başlayıb. 1965-ci ilde Ankara konservatoriyasına daxil olub. Deputatlardan birinin uşağı onun yerinə götürüldüyü üçün aktyor konservatoriyanı tərk etməli olub.
Gidişoğlunun teatr ve kino ile yanaşı dublyaj fəaliyyətləri də olub. Bir çox xarici serialda aktyorun səsindən istifadə olunub.
Qeyd edək ki, Gidişoğlu evində keçirdiyi infarkt nəticəsində həyatını itirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB