"Azərbaycan 2020: Mədəni irs prioritet inkişaf istiqamətlərindən biri kimi"
Bu gün "Azərbaycan 2020: Mədəni irs prioritet inkişaf istiqamətlərindən biri kimi" mövzusunda konfrans keçirilib. SİA-nın məlumatına görə, konfrans qarşıdakı dövr üçün daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizəsi, istifadəsi və təbliği sahəsində mövcud problemlərin və perspektivlərin müzakirəsi məqsədilə nazirliyin təşkilatçılığı ilə baş tutub.
İki hissədən ibarət olan tədbirin ilk hissəsində baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Nailə Vəlixanlı çıxış ediblər.
Tədbirin ikinci hissəsində isə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının Mədəni irsin qorunması və səmərəli istifadəsi bölməsində maddi irsin inkişafı ilə bağlı məruzələrin dinlənilməsi nəzərdə tutulub, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin, UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyevanın, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimovanın, Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs şöbəsinin müdiri Rüfət Nuriyevin çıxışları planlaşdırılır. Tədbirin sonunda konfransın qətnaməsinin qəbul olunması gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB