“Xocalı uşaqları, qan içində qar çiçəyi”

“Xocalı uşaqları, qan içində qar çiçəyi”

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Qarabağ QHT Koalisiyası Xocalı Soyqırımının 21-ci ildönümü ilə bağlı tədbir keçirilib. Tədbirdə millət vəkilləri Elman Məmmədov, Flora Qasımova, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Qarabağ QHT Koalisiyasının sədri Xocalı sakini Vüqar Qədirov, "Xocalı uşaqları, qan içində qar çiçəyi" kitabının müəllifi Səriyyə Müslümqızı, media nümayəndələri və başqaları iştirak ediblər.

Mərasimi giriş sözü iə açan Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Qarabağ QHT Koalisiyasının sədri, Xocalı sakini Vüqar Qədirov tədbir haqqında geniş məlumat verib: "1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Rusiyanın 366-cı diviziyasının köməyi ilə Xocalı şəhərinə hücum edərək bir şəhərin yer üzündən silməsini, yüzlərlə insanı: qadın, uşaq, qoca, əlil demədən kütləvi surətdə qətlə yetirilmələri təkcə Azərbaycana yox, bütün bəşəriyyətə, insanlığa qarşı yönəlmiş bir cinayət faktıdır". Xocalı sakini və şairə Səriyyə Müslümqızının " Xocalı uşaqları, qan içində qar çiçəyi" kitabında həyatlarını itirən məsum körpələrin taleyindən bəhs olunur".

Daha sonra tədbirdə çıxış edən Elman Məmmədov kitab haqqında öz fikirlərini bildirib: "Səriyyə xanım əslən Xocalıdandır. O, bu kimi kitablar nəşr edərək özünü cəmiyyətə əsl şairə kimi təqdim edir. "Xocalı uşaqları, qan içində qar çiçəyi" kitabında Xocalı haqqında bütün informasiyalar var. Kitabı3 dildə ingilis, Azərbaycan və rus dillərində nəşr olunub".

Çıxış etmək üçün söz alan millət vəkili Flora Qasımova Xocalı faciəsi haqqında danışıb: "Xocalı faciəsi qəddarlığa görə seçilən, dəhşətli ağır faciədir. Həmin gün sanki dünyanın sonu idi. Amma bütün bu əziyyətlərə baxmayaraq, hazırda azad ölkənin vətəndaşlarıyıq. Bu hadisədən 21 il ötür və hələ də səbəbkarlar öz cəzalarını almayıblar. Onu da nəzərinizə çatdırım ki, 26 fevral Xocalı faciəsi haqqında bütün ölkələrin xəbəri var".

Qeyd edək ki, mərasim zamanı qonaqlar 26 fevral Xocalı faciəsi günü dünyasını dəyişmiş insanları 1 dəqiqəlik sükutla yad ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə