Bu gün Muzey Mərkəzində 2013-cü il üçün Azərbaycanın Xalq Yaradıcılığı Paytaxtlarının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ilk olaraq Bülbül adına orta ixtisas və Ağdam şəhər C. Qaryağdıoğlu adına 1 nömrəli uşaq musiqi məktəblərinin şagirdlərinin çıxışı olub. Tədbirdə çıxış edən Ə.Qarayev bu layihənin həyata keçirilməsini yüksək qiymətləndirdiyini qeyd edib və bunun regionların inkişafına müsbət təsir etdiyini vurğulayıb. Nazir deyib ki, Azərbaycan xalqının qədim və rəngarəng qeyri-maddi mədəni irsi minilliklər boyu millətin mentalitetini və şüurunu formalaşdıran əsas mənbələrdən biri olmaqla, xalq yaradıcılığının nailiyyətlərini özündə ehtiva edən unikal bəşəri fenomendir.
Nazir bildirib ki, Xaçmaz, Zaqatala və Göygöl rayonlarında il ərzində nominasiyalara uyğun olaraq təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfransların, dəyirmi masaların, konsertlərin, müsabiqələrin, festivalların, sərgilərin, yarmarkaların, infoturların və sair tədbirlərin təşkili nəzərdə tutulur. Tədbirdə dövlət və hökumət nümayəndələri, ictimai və incəsənət xadimləri iştirak ediblər. Daha sonra ötən ilki xalq yaradıcılığı paytaxtları olan Quba, Gədəbəy və Masallıya kuboklar verilib.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq olunan "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramına əsasən 2013-cü il üçün Xaçmaz şəhəri "Azərbaycanın Əfsanələr Paytaxtı", Zaqatala şəhəri "Azərbaycanın Folklor Paytaxtı" və Göygöl şəhəri "Azərbaycanın Sənətkarlıq Paytaxtı" elan edilib. Xaçmaz, Zaqatala və Göygöl rayonlarında il ərzində nominasiyalara uyğun olaraq təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfransların, dəyirmi masaların, konsertlərin, müsabiqələrin, festivalların, sərgilərin, yarmarkaların, infoturların və sair tədbirlərin təşkili nəzərdə tutulub.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB