Kulinarlarımızın növbəti uğuru FOTO

Kulinarlarımızın növbəti uğuru FOTO

"Azərbaycan Milli Kulinariya komandası İstanbulda keçirilmiş Beynəlxalq Kulinariya çempionatından medal və diplomlarla qayıdıb". SİA-nın məlumatına görə, bunu çempionatın nəticələrinə həsr olunmuş mətbuat konfransında Milli Klunariya Mərkəzinin baş texnoloqu Aysel Şıxəliyeva çıxışı zamanı deyib. Onun sözlərinə görə, mərkəzin 2 komandası 11 fərdi yarışda və 4 komanda yarışında iştirak edib. Nəticədə "Qarabağ" və "Azərbaycan" komandasına daxil olan aşpazlar 15 nominasiyada 10 qələbə nəticəsi (1 gümüş, 4 bürünc medal və 5 diplom) qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə