Bu ilin mayında İsveçin Malmö şəhərində keçiriləcək "Eurovision-2013" mahnı müsabiqəsində Norveçi təmsil edəcək ifaçı müəyyənləşib. SİA-nın müsabiqəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, yarışmada bu ölkəni Marqaret Berqer təmsil edəcək.

Norveç təmsilçisi "Eurovision-2013" mahnı müsabiqəsinin mayın 16-da keçiriləcək ikinci yarımfinalında "I Feed You My Love" ("Səni eşqimlə bəsləyirəm") mahnısını oxuyacaq.
Xorvatiya da iştirakçısını təyin edən ölkələr sırasındadır. Belə ki, ölkəni builki müsabiqədə altı müğənni təmsil edəcək. Yarışmada ifa ediləcək "Mižerja" ("Bədbəxtlik") mahnısını altı müğənni (ikisi tenor, ikisi bariton, ikisi bas səsə malik) oxuyacaq.

"Mižerja" qrupu müsabiqənin mayın 14-də keçiriləcək birinci yarımfinalında çıxış edəcək.
"Eurovision-2013" mahnı müsabiqəsində Bolqarıstan və Finlandiyanı təmsil edəcək ifaçılar da müəyyənləşib. Bolqarıstanı müsabiqədə Elitsa Todorova və Stoyan Yankulov təmsil edəcəklər.

Onların ölkənin milli seçiminə müsabiqənin tələblərinə cavab verən beş mahnı təqdim etmək imkanı var. Mütəxəssislər bu mahnılardan üçünü seçərək fevralın 17-də "Nedelya x 3" proqramında təqdim edəcəklər. Martın 3-də keçiriləcək milli seçimin final mərhələsində ifa ediləcək mahnı tamaşaçılar və beş nəfərdən ibarət münsiflər heyəti tərəfindən səslərin yarı-yarıya nisbəti əsasında seçiləcək.
Finlandiyanı isə "Eurovision 2013" müsabiqəsində Krista Sieqfrids təmsil edəcək. Finlandiya təmsilçisi "Eurovision-2013" mahnı müsabiqəsinin mayın 16-da keçiriləcək ikinci yarımfinalında "Marry Me!" ("Mənimlə evlən!") mahnısını ifa edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB