Nazir kimi qəbul etdi?

Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Fransanın sabiq Baş naziri, ticari məsələlər üzrə vəkil Dominik dö Villpəni qəbul edib. SİA-nın məlumatına görə, görüş zamanı Ə.Qarayev Azərbycan-Fransa əlaqələrinin inkişafından söz açıb.

Nazir həmçinin 2007-ci ildə Prezident İlham Əliyevin Fransaya rəsmi səfəri zamanı mədəniyyət, turizm, kitabxana və muzey sahəsində dörd sazişin imzalandığını və adı çəkilən sazişlərin əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar yaratdığını qeyd edib.

D.Villpən Azərbaycana hazırkı səfəri zamanı ölkə Prezidenti İlham Əliyev və Azərbaycanın birinci xanımı, Heydər Əliyev adına Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ilə görüşlər keçirdiyini, bu görüşlərdən xoş təəssüratlarla ayrıldığını bildirib.

Görüş əsnasında mədəniyyət və turizm sahəsində layihələrin həyata keçirilməsi istiqamətində Fransanın dəstəyinin vacibliyi vurğulanıb.

Daha sonra Ə.Qarayev D.Villpəni 29 may-1 iyunda Bakıda təşkil ediləcək növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə