"Ulu öndərlə bağlı xüsusi qanun layihəsi hazırlanacaq"

"Ulu öndərlə bağlı xüsusi qanun layihəsi hazırlanacaq"

" "Mədəniyyət haqqında" qanun bu sahəyə aid bir sıra digər qanunların da qəbulunu zəruri edir. Bunlar "Muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında", "Aşıq sənəti haqqında" və "Yaradıcı birliklər və şəxslər haqqında" qanun layihələridir". SİA-nın məlumatına görə, bunu Mədəniyyət Komitəsinin bugünkü iclasında komitə sədri Nizami Cəfərov deyib.

Cəfərov qeyd edib ki, muğam sənəti haqqında qanun layihəsi yaz sessiyasının gündəliyinə salınıb və bu qanun layihəsinin təkmilləşdirilməsinə ehtiyac var: "Bu və digər qanun layihələrini təkmilləşdirdikdən sonra Milli Məclisin plenar iclasına tövsiyyə etmək olar".

Komitə sədri həmçinin bildirib ki, komitə "Memarlıq fəaliyyəti haqqında" qanun layihəsini yaz sessiyasında müzakirəyə çıxaracaq.

Deputat Jalə Əliyeva Heydər Əliyevin 90 illik yubileyinin təntənəli şəkildə qeyd olunmasını nəzərə alaraq komitə tərəfindən ümummilli liderlə bağlı xüsusi bir qanun layihəsi hazırlamağı təklif edib.

Komitə iclasında həmçinin Azərbaycanla İspaniya arasında mədəniyyət, təhsil və elm sahələrində əməkdaşlıq haqqında saziş Milli Məclisin ratifikasiyasına təqdim olundu. Sənəddə iki ölkənin mədəniyyət siyasəti ilə bağlı öz təcrübə mübadiləsini, o cümlədən akademik məkdaşlıq çərçivəsində birgə tədbirlərin keçirilməsi, mədəniyyət və incəsənət sahələri üzrə tələbə, müəllim və tədqiqatçıların mübadiləsi öz əksini tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə