Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyi, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşavirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi, Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəstəyilə Türk dünyasının böyük şairi, aydını Abdurrahim Karakoçun xatirəsinə "Aşk deyince ötesini arama" adlı böyük ədəbi gecə keçirilir. SİA-nın məlumatına görə, gecədə Türkiyənin və Azərbaycanın millət vəkilləri, sənət xadimləri, QHT və KİV nümayəndələri, Karakoç şeirinin sevənləri iştirak edir.
Millət vəkili Qənirə Paşayeva Azərbaycanın yalnız müstəqillik əldə etdikdən sonra Türk dünyasi ilə birləşdiyini bildirib. Onun sözlərinə görə, bu birləşmə sayəsində azərbaycanlılar Türk dünyasının gözəlliyini duymağa, böyük insanlarını tanımağa başlayıblar: "Abdurrahim Karakoç dövrünün və dövrümüzün böyük şairlərindəndir. Türk dünyasının böyük şairi və aydını Karakoç olduğu kimi görünən və göründüyü kimi olan, özü-sözü bir insandır. O həm də xalqın düşüncəsini, fikrini, haqq səsini ucaldan böyük yazardır. Karakoç sərhədləri düşünməyən şairdir. O bunu "Qarabağa məktub" şeirini yazmaqla sübut edib".
Daha sonra qonaqlar böyük şairlə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşəcəklər. Həmçinin gecədə onun bir sıra şeirləri səsləndiriləcək.
Qeyd edək ki, üç gün davam edəcək tədbirlərdə qonaqlar Azərbaycan mədəniyyətilə tanış olacaqlar.
 copy(1).jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB